Səfir Musəvi: Xəzər/Mazandaran dənizi ekoloji fəlakət riski ilə üzləşib
https://azeri.sahartv.ir/news/İran-i402585-səfir_musəvi_xəzər_mazandaran_dənizi_ekoloji_fəlakət_riski_ilə_üzləşib
İran İslam Respublikasının Azərbaycandakı səfiri Xəzər dənizinin sahilyanı ölkələrinə xəbərdarlıq edib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 13, 2023 11:06 Asia/Baku
  • Səfir Musəvi: Xəzər/Mazandaran dənizi ekoloji fəlakət riski ilə üzləşib

İran İslam Respublikasının Azərbaycandakı səfiri Xəzər dənizinin sahilyanı ölkələrinə xəbərdarlıq edib.

Seyid Abbas Musəvi Xəzər günü münasibətilə X sosial şəbəkəsindən etdiyi xəbərdarlıq paylaşımında Xəzər dənizinin sahilyanı ölkələrini xitab edərək yazır: “Xəzər/Mazandaran dənizi gələcəkdə ağrılı şəkildə suların tükənməsi və ekoloji fəlakət riski ilə üzləşib”.

Diplomat bildirib ki, bu mavi cəvahiratın bütün 5 sahil ölkəsi sağlamlıqlarını, təhlükəsizliyini, iqtisadiyyatını və regionu xilas etmək üçün heç bir mülahizə olmadan və dənizin vəziyyəti kritik həddə çatmamışdan qabaq həll yolu tapmalıdır.

Bundan əvvəl İran Kosmik Təşkilatının sözçüsü Hüseyn Deliriyan bu təşkilatın Xəzər dənizinin vəziyyəti ilə bağlı araşdırmasına toxunaraq demişdir ki, İran Kosmik Təşkilatı peyk şəkillərindən istifadə edərək Xəzər dənizinin su səviyyəsini araşdırıb.

Bu araşdırmalar göstərir ki, Xəzər dənizinin şimal hissəsi son illərdə, xüsusən də son iki ildə suyun səviyyəsinin azalması və sahil xəttinin irəliləməsi ilə üzləşib. Dənizin su səviyyəsinin aşağı düşməsi hazırda mühüm və ciddi məsələ hesab olunur.

Beləliklə də, İran Kosmik Təşkilatı ölkənin kosmik sektorunun mühafizəçisi kimi Xəzər dənizinin su səviyyəsinin azaldığını və bu azalma davam edərsə, yaxın illərdə bütün sahilyanı ölkələr üçün bir çox ekoloji problemlər yaradacağını təsdiqləyir.