İran və Türkiyə 30 milyard dollarlıq ticarətin ardıncadır
https://azeri.sahartv.ir/news/İran-i402746-İran_və_türkiyə_30_milyard_dollarlıq_ticarətin_ardıncadır
İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini İran və Türkiyənin 30 milyard dollarlıq ticarətin reallaşması üzrə səylərindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2023 14:26 Asia/Baku
  • İran və Türkiyə 30 milyard dollarlıq ticarətin ardıncadır

İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini İran və Türkiyənin 30 milyard dollarlıq ticarətin reallaşması üzrə səylərindən xəbər verib.

SəhərAzəri-nin məlumatına görə, Mehdi Səfəri Türkiyə rəsmilərilə görüş və məşvərətdən sonra İran-Press informasiya agentliyi müxbirinin sualının cavabında deyib ki: Əməkdaşlıqların genişləndirilməsi məqsədilə qaz sektoru xüsusiyyət təşkil etməklə enerji həmkarlığı, həmçinin şose yolu nəqliyyatı, sərhəd bazarları, eləcə də sərhəd, mədəni, iqtisadi və siyasi məsələlər/ Türkiyə xarici işlər nazirinin müavini ilə görüşdə nəzərdən keçirilib.

İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini əlavə edib: İran nümayəndə heyəti Türkiyə ticarət nazirinin müavini ilə də görüşüb. Ticarət tarifi məsələlərinin qaldırıldığı görüşdə/ iqtisadi əməkdaşlıqlar üzrə birgə komissiyanın iclasının bu il oktyabrın ikinci yarısında İranda keçirilməsi razılaşdırılıb.

Səfəri söyləyib: İranın siyasi-iqtisadi nümayəndə heyətinin Türkiyədəki məşvərətləri/ iki ölkənin qarşılıqlı ticarət mübadilələrinin ildə otuz milyard dollara çatdırılması üzrə hədəflərinin reallaşması üzrə həmkarlıqların genişləndirilməsi istiqamətində mühüm addımdır.