Əli Əkbər Vilayəti rəsmi Tehranın beynəlxalq aləmdəki diplomatiyasını yüksək qiymətləndirir:
İranın BRİKS-ə üzvlüyü əhəmiyyətli və effektivdir
İran İslam İnqilabı Rəhbərinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti İranın BRİKS-ə üzvlüyünün vacib və təsirli olduğunu vurğulayıb.
İran İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti İranın BRİKS üzvü olan ölkələrlə əməkdaşlığının inkişafından və bu mühüm və inkişaf edən iqtisadi birliyə üzvlüyündən məmnun olduğunu bildirib.
Vilayəti deyib: “BRİKS ölkələri bu iqtisadi qrupun çox dəyərli olacaq effektiv məqsədlərini həyata keçirmək öhdəliyini götürüb, üzvlərin sayının artırılması da daxil olmaqla mühüm addımlar planlaşdırıb. İranın BRİKS-ə daimi üzvlüyü də beynəlxalq və regional səviyyədə çox mühüm və effektivdir.”
İranın Aliməqamlı Rəhbərinin müşaviri qeydv edib ki, İkinci Dünya Müharibəsindən sonra ABŞ dünya üzərində öz hökmranlığını inkişaf etdirməyə çalışsa da, indi BRİKS yeni ölkələri, o cümlədən İranı öz sıralarına dəvət edib. Odur ki, üzv dövlətlərin fəaliyyəti və hərtərəfli səyləri inkişaf etməkdə olan ölkələrin müstəmləkəçiliyinə son qoyulması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.”
Qeyd edək ki, Braziliya, Rusiya, Çin, Hindistan və CAR-ın daxil olduğu BRİKS qrupunun liderləri CAR-da keçirilən son sammitdə İran və beş ölkənin; Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Efiopiya və Argentinanın da BRİKS qrupunun tamhüquqlu üzvü olması ilə razılaşdılar.