İran və Türkiyənin xarici işlər nazirləri görüşüb
Sen 03, 2023 12:06 Asia/Baku
İran və Türkiyənin xarici işlər nazirləri Tehranda görüşərək müxtəlif məsələləri haqda müzakirə aparıblar.
İrana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Bu görüşdə tərəflər qarşılıqlı maraq doğuran mühüm məsələləri, regional məsələləri və ən mühüm beynəlxalq məsələləri müzakirə ediblər.
Bu səfər, Hakan Fidanın Türkiyənin xarici işlər naziri təyin edildikdən sonra Tehrana ilk səfəridir
Teqlər