Rəisi: Ümid edirəm ki, İran və Türkiyə arasında əməkdaşlıq səviyyəsi daha da yüksələcək
İran İslam Respublikası prezidenti İran və Türkiyə arasında mədəni və tarixi ortaqlıqlara toxunaraq, Ərdoğanın yeni prezidentlik dövründə İran və Türkiyə arasında əməkdaşlığın səviyyəsinin daha da yüksəldiləcəyinə və iki tərəf arasında regional və beynəlxalq əlaqələri gücləndirəcəyinə ümid etdiyini bildirib.
Seyid İbrahim Rəisi bazar günü Tehranda səfərdə olan Turkiyə xarici işlər naziri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Türkiyənin bölgədəki təhlükəsizlik narahatlığına işarə edərək, terrorizm ilə mübarizənin ən təsirli yolunun regiondakı bütün ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək olduğunu bildirib və əlavə edib: "Hər hansı bir hökumətin bütün əraziləri üzərində milli suverenliyini effektiv şəkildə həyata keçirməsi terror aktlarının və anti-təhlükəsizlik fəaliyyətlərinin qarşısını almağın ən yaxşı yoludur."
prezident Rəisi xarici ölkələrin müxtəlif regionlarda, o cümlədən Qafqazda mövcudluğuna qarşı durmağın zəruri olduğunu bildirərək, problemlərin istənilən region ölkələri arasında dialoq və əməkdaşlıq yolu ilə həllini vurğulayıb.
Prezident daha sonra Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətə başlamasını iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə və qarşılıqlı potensialın mübadiləsinə zəmin yaratmaq baxımından səmərəli hesab edib.
Türkiyənin xarici işlər naziri də öz növbəsində İran və Türkiyənin bir-biri ilə əməkdaşlıq və qarşılıqlı əlaqələri genişləndirmək və gücləndirmək üçün çoxlu potensiala malik olduğunu bildirib və ikitərəfli ticarətin səviyyəsinin 30 milyard dollara çatdırılması hədəfinə nail olmağı mümkün hesab edib. O, Türkiyənin bu hədəfə çatmaq üçün iradəsini də vurğulayıb.
Hakan Fidan daha sonra bildirib ki, iki ölkə arasında qarşılıqlı fəaliyyət səviyyəsinin genişləndirilməsi İran və Türkiyə liderlərindən xüsusi diqqət və dəstək tələb edir. O, daha sonra İran İslam Respublikasının ölkəsinin BRİCS qrupuna üzvlüyünə dəstək verməsini, eləcə də iki ölkə arasında regional məsələlərin həlli sahəsində dialoq və əməkdaşlığı xahiş edib.