Tehran zorla qəbul etdirilmiş dəhlizləri rədd edir
Son zamanlarda Cənubi Qafqazda gərginlik istənilən bəhanə, vasitələrlə baş vermişdir.
Tehranın bu hadisələrlə bağlı öncədən şəffaf və olduqca qəti mövqe sərgiləyərək "Regionun sərhədləri dəyişdirilə bilməz" deyə bildirmişdir. İranın xarici siyasət doktrinasının prinsipi olan bu mövqe rəsmilər tərəfindən dəfələrlə vurğulanmış və onu məntiqi əsaslandırmışdır.Azərbaycan Respublikası ilə Ermənistan arasında " Dağlıq Qarabağ"- la bağlı ilk münaqişə 1988-ci ildə baş verib. Münaqişənin birinci mərhələsinin qalibi Ermənistan olmuş, elə buna görə də bu ölkə Azərbaycan Respublikası ərazisinin digər hissələrini də işğal etmişdir.2020-ci ilin sentyabrında Azərbaycan Respublikasının üstünlüyü olan ikinci müharibədə Azərbaycan Respublikasının yeddi rayonu və Qarabağın bir hissəsi yenidən bu ölkənin ərazisinə qaytarıldı. Bu müharibələrin hər ikisində İran İslam Respublikasının mövqesi tam şəffaf idi və sərhədlərdə hər hansı dəyişiklikdən çəkilməsi əsas olaraq götürülmüşdür. İran, Azərbaycan Respublikasının bəzi hissələrinin Ermənistan tərəfindən işğalını və bu ölkənin ərazi bütövlüyünə hər hansı bir təhlükəli hərəkəti pisləmişdir.Bununla bağlı 2020-ci ilin noyabr ayında İslam İnqilabının Ali Məqamlı Rəhbəri müharibənin regionun təhlükəsizliyini təhdid edən acı bir hadisə olduğunu vurğulayaraq buyurmuşlar ki, “Bu müharibə acı bir hadisədir və regionun təhlükəsizliyini təhdid edir və bu müharibə tez bir zamanda başa çatmalıdır. Bəli, əlbətdə ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın bütün torpaqları azad edilməli və Azərbaycanın özünə qaytarılmalıdır [çünki] bu torpaqlar Azərbaycana məxsusdur”. O həzrət, bu bəyanatlarının davamında da hər iki tərəfdən qəbul edilmiş coğrafi sərhədlərin qorunub saxlanmasının zəruriliyini vurğulamışdır. İran hakimiyyətinin mövqe və bəyanatlarının nəzərdən keçirdikdə aydın şəkildə görünür ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında gərginlik hər dəfə artdıqca, Tehran ilk növbədə müharibəyə son qoymağın və mehriban qonşuluğa riayət olunmasının vacibliyini vurğulayır və Azərbaycan ərazilərinin işğalını pisləmişdir. Bununla bərabər Ermənistanın ərazi bütövlüyünü təhdid edən və sual altına alan hər hansı planı da rədd etmişdir. Bu siyasətin baxışında Bakı və onun havadarlarının Zəngəzur, Ermənistanın Sivnik vilayətinin işğalı və nəhayət, İranın bu ölkə ilə sərhədlərinin kəsilməsi kimi dəhlizlərin yaradılmasında aşkar və gizli addımlarına göz yummur və bu əhəmiyyətli yanaşma elə ilk gündən elan edilmiş və vurğulanmışdır.