Yunesko İran karvansaralarını dünya irs siyahısına əlavə edib
https://azeri.sahartv.ir/news/İran-i403655-yunesko_İran_karvansaralarını_dünya_irs_siyahısına_əlavə_edib
Bazar günü Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı İranda qədimlərdən bəri səyahətçilər üçün yol kənarında istirahət məkanı kimi istifadə edilən bir çox karvansaraları Dünya İrs siyahısına əlavə edib.
(last modified 2024-06-25T08:12:33+00:00 )
Sen 18, 2023 13:09 Asia/Baku
  • Yunesko İran karvansaralarını dünya irs siyahısına əlavə edib

Bazar günü Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı İranda qədimlərdən bəri səyahətçilər üçün yol kənarında istirahət məkanı kimi istifadə edilən bir çox karvansaraları Dünya İrs siyahısına əlavə edib.

İranda tikilmiş bu məkanların yalnız az bir hissəsindən, 56 karvansaranın dünya irsi siyahısına salınması qərarı Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci iclasında qəbul edilib.

UNESCO saytı bununla bağlı yazıb ki, karvansaraylar karvanlara, zəvvarlara və səyahətçilərə qalmaq, yemək və su təmini üçün istifadə edilirdi.

Xatırladaq ki, İranın yalnız tarixi ticarət yollarında, o cümlədən Asiya ilə Avropanı birləşdirən “İpək Yolu” üzərində 200-dən çox karvansara var.

YUNESKO verdiyi açıqlamada bildirib ki, bunlar İranın bir çox memarlıq üslubunu və hava şəraitinə uyğunlaşma yollarını və müxtəlif tikinti materiallarından istifadəni, əsrlər boyu tikilmiş binaları təmsil edən karvansarayların ən mühüm və qiymətli nümunələri hesab olunur.