Rəisi Birləşmiş Millətlər Təşkilatının missiyasından danışdı:
“Biz BMT-nin güclərin deyil, xalqların səsi olmasını gözləyirik”
Sen 19, 2023 12:18 Asia/Baku
İran İslam Respublikasının prezidenti BMT-nin güclər deyil, xalqların səsini ifadə etməli olduğunu vurğulayıb.
Prezident Nyu-Yorkda junalistlərə deyib: “Birləşmiş Millətlər Təşkilatında və bu təşkilatın Baş Assambleyasında İran xalqının səsini ifadə etmək və İran İslam Respublikasının xarici siyasətini izah etmək üçün potensial var”.
Seyid İbrahim Rəisi əlavə edib: “Biz bu fürsətdən İran xalqının səsini dünyanın qulağına çatdırmaq üçün istifadə edəcəyik. Bu səs bu gün həmişəkindən daha yüksək səslənir, çünki keçən il biz düşmənin idrak və mürəkkəb müharibəsinə qarşı böyük qələbə qazandıq”.
O vurğulayıb ki, İran xalqının haqqı axtarmaq, ədalət axtarmaq və ayrı-seçkilik və ədalətsizliklə mübarizədə deyəcək çox sözü var.