Azərbaycanın Qarabağ bölgəsinə hücumuna İran reaksiya verdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, Qarabağ bölgəsində bu gün baş verən hadisələrə cavab olaraq, bölgədə münaqişələrin kəskinləşməsindən narahatlığın yarandığını, bütün tərəflərdən atəşkəs sazişinin müddəalarına əməl edilməsinin və məsələləri dialoq yolu ilə həll edilməsini istənildiyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bu münaqişə ilə bağlı İranın prinsipial mövqelərini bir daha vurğulayaraq bildirib ki, İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının bir hissəsi hesab edir və onun haqda olan bütün məsələləri, həmçinin orada yaşayan sakinlərin hüquq və təhlükəsizlik problemi bu çərçivədə həll edilməli və dialoq yolu ilə həll edilməlidir.
Kənani bir daha region ölkələrinin münaqişələrin sülh yolu ilə həllinə kömək edilməsini vurğulamış və İran İslam Respublikasının bu sahədə 3+3 formatında görüş keçirməyə hazır olduğunu xatırladıb.