Okt 08, 2023 19:28 Asia/Baku
  • Rəisi Ziyad Ən-Nəxalə və İsmayıl Həniyyə ilə telefonla danışıb

İran İslam Respublikası prezidenti İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə və Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə ilə telefon danışığı aparıb.

"İran Press"in məlumatına görə, cənab İbrahim Rəisi bu iki zəng zamanı İslami Cihad Hərəkatının baş katibi və HƏMAS-ın siyasi bürosunun rəhbəri ilə Fələstin ərazilərindəki son hadisələri müzakirə edib. 

Rəisi eyni zamanda Fələstinin başıuca xalqına ünvanladığı müraciətdə İran İslam Respublikasının Fələstin xalqının qanuni müdafiəsini dəstəklədiyini vurğulayaraq, bildirib ki, sionistlər və onların havadarları regionun təhlükəsizliyini təhlükəyə atdıqlarına görə cavab verməlidirlər.

Teqlər