Kənani sionist rejimin Cəbaliyyə düşərgəsinə hücumunu pislədi
https://azeri.sahartv.ir/news/İran-i405020-kənani_sionist_rejimin_cəbaliyyə_düşərgəsinə_hücumunu_pislədi
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Qəzzə zolağında Cəbaliyyə düşərgəsinə qarşı vəhşicəsinə hücumunu qətiyyətlə pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2023 11:59 Asia/Baku
  • Kənani sionist rejimin Cəbaliyyə düşərgəsinə hücumunu pislədi

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Qəzzə zolağında Cəbaliyyə düşərgəsinə qarşı vəhşicəsinə hücumunu qətiyyətlə pisləyib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gecə sionistlərin Qəzzə zolağında Cəbaliyyə düşərgəsinə sionist xunta rejimin qəddar hücumları nəticəsində yüzlərlə şəhid və yaralıların olduğu hadisəni kəskin şəkildə pisləyib.

Məlumata görə, sionist rejimin terrorçu qüvvələri bu gün Qəzzə zolağının şimalında yerləşən Cəbaliyyə düşərgəsini bombalayıb, nəticədə ən azı 100 nəfər həlak olub.

Kənani daha sonra əlavə edib ki, bu hücum sionist rejimin törətdiyi hərbi cinayətlərin qara siyahısını daha da artırmış oldu.

O, beynəlxalq ictimaiyyətdən, xüsusilə də BMT və bu təşkilatın Təhlükəsizlik Şurasından irqçi sionist rejimin qatil maşınının dayandırılmasında öz beynəlxalq öhdəliklərini dərhal yerinə yetirmələrini istəyib.