Noy 02, 2023 21:41 Asia/Baku
  • İranın BMT İnsan Hüquqları Şurasının Sosial Forumuna sədrliyi başlayıb

İranın BMT-nin İnsan Hüquqları Şurasının Sosial Forumuna sədrliyi bu gündən (2 noyabr) başlayıb.

SəhərAzəri-nin məlumatına görə, İran may ayında BMT-nin İnsan Haqları Şurasının prezidenti tərəfindən BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun sədri təyin edilib.

Bu, ilk dəfədir ki, İran BMT-nin İnsan Hüquqları Şurasının Sosial Forumuna sədrlik edir.

Sosial Forumun iclasları hər il keçirilir və xüsusi bir məsələ ilə məşğul olur.

Forumun əsas məqsədlərindən biri sosial ədalət, bərabərlik və həmrəylik prinsiplərinə əsaslanan sosial birliyi təşviq etmək, həmçinin davam edən qloballaşma prosesinin sosial ölçüsünü nəzərdən keçirmək və çağırışlarını həll etməkdir.

Bu il Sosial Forumun iki günlük iclası noyabrın 2-3-də İranın BMT-dəki səfiri Əli Bəhreyninin sədrliyi ilə İnsan Haqları Şurasının Cenevrədəki mənzil-qərargahında keçirilir.

İclasda 60-dan çox iştirakçının, o cümlədən yüksək vəzifəli rəsmilərin, diplomatların və qeyri-hökumət təşkilatlarının müxtəlif ekspert görüşləri keçirəcəyi və xüsusilə də koronavirus pandemiyasından sonra insan hüquqlarının təşviqində elm, texnologiya və innovasiyaların rolu kimi məsələləri müzakirə edəcəyi gözlənilir.

Teqlər