Noy 06, 2023 18:35 Asia/Baku
  • ABŞ-ın İranda casusları ovlandı

Amerikanın Mövləvi Əbdülhəmidə göndərdiyi avadanlıq təyinat yerinə çatmayıb

Amerika Milli Təhlükəsizlik Agentliyi tərəfindən ölkəyə gətirilən 22 rabitə cihazı və "Starlink" İran Milli Təhlükəsizliyi tərəfindən ələ keçirilib.Məlumata görə,  İran təhlükəsizlik qüvvələrinin araşdırmaları nəticəsində 22 rabitə cihazı və Amerika Milli Təhlükəsizlik Agentliyinə məxsus "Starlink" ələ keçirilib. Bildirilir ki, “N.S.A” tərəfindən göndərilən 22 rabitə avadanlığı və "Starlink" cihazlarının göndəriş ünvanı  Zahedanın "Xəyyam" küçəsində Mövləvi Əbdülhəmidin ofisi olub.Bununla bağlı araşdırmalarda Zahedanda bu avadanlığı qəbul edən və ondan istifadə edən 5 nəfər həbs edilib.Məlumatlı mənbənin sözlərinə görə, bu avadanlığın göndərilməsində məqsəd “Zahidan şəhərində qarşıdurma yaratmaq”, “İranın daxili və xaricində düşmən casusları arasında təhlükəsiz əlaqə qurmağa şərait yaratmaq” və “kiberməkanda onların reklam və media fəaliyyətlərini asanlaşdırmaqdır” olub.Qeyd edək ki, "N.S.A." təhlükəsizlik təşkilatı Amerika kəşfiyyat qrumlarının ən böyük və ən məxfi üzvüdür və ölkənin hökumət kommunikasiyalarının qorunmasına birbaşa cavabdehdir.

Teqlər