Səudiyyə vəliəhdi İran prezidentilə görüşüb
Səudiyyə vəliəhdi və İran İslam Respublikası prezidenti İslam Əməkdaşlığı Təşkilatı və Ərəb Liqasına üzv ölkələrin Ərriyadda keçirilən birgə zirvə görüşünün kənarında görüşüblər.
Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi dünən bu görüşdə regional əməkdaşlıqlar və ikitərəfli əlaqələrin genişləndirilməsi barədə məşvərət ediblər.
Tərəflər həmçinin gələcəkdə ikitərəfli və regional məsələləri ətraflı şəkildə araşdırmaq barədə razılığa gəliblər.
İran prezidenti/ İran İslam Respublikasının/ sionist rejimin təcavüzlərinin dərhal durdurulması, Qəzzə zolağına qarşı blokadanın aradan qaldırılması və məzlum Qəzzə əhalisinə yardımların başlanması üzrə səylərinin davamında və İslam Əməkdaşlığı Təşkilatı və Ərəb Liqasının birgə iclasında iştirak məqsədilə dünən səhər Ərriyada daxil olub.
İran prezidenti bir qrup Ərəbistan rəsmisi, həmçinin İran İslam Respublikasının həmin ölkədəki səfiri və səfirlik işçiləri tərəfindən qarşılanıb.
İslam Əməkdaşlığı Təşkilatı və Ərəb Liqasının birgə zirvə toplantısında çıxış edən İran prezidenti deyibdir ki, Qəzzə bu gün qana bulaşsa da, başıucadır.
Qəzzə dünyanın ən iri üstüaçıq zindanına çevrilib və dünya səviyyəsində keçirilən aksiyalar hamının Qəzzə əhalisinin vəziyyətindən nigaran olduğunu göstərir- deyə, Seyid İbrahim Rəisi bildirib.