Noy 23, 2023 12:46 Asia/Baku
  • «Əl-Əqsa Tufanı» əməliyyatı sionst rejim üçün heysiyyət məğlubiyyəti idi

Fələstin və Qəzzə əhalisi və gənclərinin gördükləri iş, öz haqlarını qanuni müdafiənin davamı idi.

«Əl-Əqsa Tufanı» əməliyyatı sionst rejim üçün heysiyyət məğlubiyyəti idi.

Bunları İran prezidenti dünən nadir bir hadisədə, Livanın Əlminar, İraqın Əlittcah, Fələstinin «Fələstin Əlyəum» və Əl-Əqsa, həmçinin Yəmənin Əlməsirəh telekanalları müxbirlərinin suallarına bir saatlıq cavab-müsahibədə söyləyib.

Müsahibədə «Əl-Əqsa Tufanı» əməliyyatının mövzu, işin miqyası və düşmənin sınması cəhətdən mühüm olduğunu qeyd edən Seyid İbrahim Rəisi əlavə edib: Sionist rejimin heybəti sındırıldı, «Əl-Əqsa Tufanı» əməliyyatı düşmənin bütün hesablamalarını məhv etdi.

«Əl-Əqsa Tufanı» əməliyyatı sionist rejimin kəşfiyyat, təhlükəsizlik və hərbi məğlubiyyəti idi- deyə, Rəisi vurğulayıb.

İran prezidenti sionistlərə qarşı beynəlxalq nifrət və oyanışın fələstinli şəhidlərin qanları hesabına olduğunu qeyd edib.

Sionist rejimin hərəkətləri göstərdi ki, bu rejim Fələstin müqaviməti qarşısında zəifləyib- deyə, İran prezidenti bildirib.

Qadın və uşaqları öldürmək, dünyada sionistlərə qarşı bu günədək görünməyən həddə nifrət atmosferi yaradıb- deyən Rəisi vurğulayıbdır ki, İsrail rejimi Qəzzəni ələ keçirmək və müqaviməti aradan götürmək üzrə məqsədlərindən heç birinə çatmayıbdır.

 

Teqlər