Müvəqqəti atəşkəs Fələstin xalqının müqavimətinin nəticəsidir
https://azeri.sahartv.ir/news/İran-i405808-müvəqqəti_atəşkəs_fələstin_xalqının_müqavimətinin_nəticəsidir
Müvəqqəti atəşkəs Fələstin xalqının müqavimətinin nəticəsidir.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Noy 24, 2023 10:05 Asia/Baku
  • Müvəqqəti atəşkəs Fələstin xalqının müqavimətinin nəticəsidir

Müvəqqəti atəşkəs Fələstin xalqının müqavimətinin nəticəsidir.

Qəzzədə müvəqqəti humanitar atəşkəsin bərqərarına işarə edən İran Xarici İşlər Nazirliyinin sözçüsü uşaq qatili olan qəsbkar rejimin fələstinli uşaq və qadınlara qarşı hərbi cinayətlərinin tam şəkildə durdurulması istiqamətində atılan ilk addım kimi bu olayı müqavimətli Fələstin xalqının qırx beş gündən çox vəsfolunmaz müqaviməti, həmçinin müqavimət döyüşçülərinin tarixi müqaviməti və mübarizəsinin nəticəsi və qələbənin ilk addımı adlandırıb.

İranın diplomatiya aparatının sözçüsü məzlum Fələstin xalqına dəstək istiqamətində İran İslam Respublikasının regional və beynəlxalq tərəflərlə diplomatik məşvərətləri, təşəbbüsləri və səylərinin davamını vurğulayıb.

Kənani həmçinin Qəzzənin sığınacaqsız əhalisinə təcili yardım, sionist rejimin kütləvi qırğın maşınının durdurulması, atəşkəsin tam şəkildə davam etməsi və təsbiti istiqamətində təcili tədbirlərin görülməsi məqsədilə dost ölkələrlə birgə səyə təkid edib.

Kənani vurğulayıb: Fələstin xalqı sübut etdi ki, öz vətəni və taleyini istər döyüş meydanında, istərsə də siyasi meydanda öz əlləri ilə təyin edəcək və qəsbkar sionist rejimin və onun məlum hamilərinin dardüşüncəli, təcavüzkarr və düşünülməmiş hər hansı plan və hərəkətinə münasib və təyinedici cavab verəcək.