Noy 26, 2023 17:41 Asia/Baku
  • Fatimi əzadarlıq bayrağı Rəzəvi hərəminin günbəzi üzərində dalğalanıb

Fatimi əzadarlıq bayrağı müqəddəs Məşhəd şəhərində yerləşən Rəzəvi hərəminin günbəzi üzərində dalğalanıb.

Islamın möhtərəm peyğəmbərinin qızı- Həzrət Fatimeyi-Zəhra səlamullah ələyhanın şəhadətinin ildönümü günü ərəfəsində bu gün/ günün çıxması ilə bir zamanda, qara əzadarlıq bayrağı Rəzəvi hərəminin günbəzi üzərində yaşıl bayrağı əvəz edibdir.

Sabah, cəmadiuləvvəlin on üçü, rəvayətə görə,  Həzrət Fatimeyi-Zəhra səlamullah ələyhanın şəhadətinin ildönümü gününə təsadüf edir.

Bu münasibətlə, nurlu Rəzəvi ziyarətgahının zirehinin örtüyü qara rəngə boyanıb.

Həzrət Zəhra səlamullah ələyhanın şəhadəti gecəsinin özəl əzadarlıq tədbirləri bu gecə şam və xiftən namazlarından sonra Əhli-Beyt(ə) mədhiyyəçilərinin mərsiyə oxumaları ilə keçiriləcək.

Rəzəvi hərəmində İslamın böyük xanımının şəhadətinin ildönümü günü üzrə özəl tədbirlər sabah iki hissədə keçiriləcək.

Tədbirlər gün çıxandan sonra Rəzəvi xüddamlarının iştirakı və «Ali-Muhəmməd Alimi» heyətinin əzadarlığı ilə İmam Xomeyni(r.ə.) adına eyvanda Əhli-Beyt(ə) mədhiyyəçiləri və zakirlərinin əzadarlıqları və mərsiyə oxumaları ilə keçiriləcək.

 

 

Teqlər