İran prezidentinin Türkiyə səfəri niyə təxirə salınıb?
İran prezidentinin Türkiyəyə səfəri BMT Təhlükəsizlik Şurasının Qəzzə ilə bağlı iclası ilə əlaqədar təxirə salınıb. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
Hüseyn Əmir Abdullahian bu gün Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib: "Təhlükəsizlik Şurasının iclasına üzv dövlətlərin və İran kimi bəzi xüsusi ölkələrin xarici işlər nazirləri dəvət olunub. Seyid İbrahim Rəisi və Ərdoğan telefon danışığında İran prezidentinin Türkiyəyə səfərinin bir neçə gün sonra baş tutması ilə bağlı razılığa gəliblər".
Nazir həmçinin bəyan edib ki, İran nümayəndə heyəti Nyu-Yorkda bugünkü görüşdə iştirak etməyi planlaşdırırdı. Lakin ABŞ tərəfi İran nümayəndə heyətinə viza verilməsini gecikdirdi və buna görə də İran nümayəndə heyəti bu görüşdə iştirak edə bilmədi".
O, əlavə edib: "ABŞ mənə dünən gecə saat 01:00-da viza verdi. BMT Təhlükəsizlik Şurasının iclasının bu gün yerli vaxtla saat 9:30-dan 12:00-a qədər Nyu-Yorkda keçirilməsini nəzərə alaraq, bu iclasda iştirak etməyim praktiki olaraq, qeyri-mümkün idi".