İran XİN rəhbəri: Qəzzəyə hücumları dərhal dayandırın
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qəzzədə müharibəyə qayıtmağın ağır nəticələri barədə ABŞ və işğalçı İsrailə xəbərdarlıq edib və Qəzzəyə hücumları dərhal dayandırmağa çağırıb.
Əmir Abdullahian cümə günü keçmiş Twitter kimi tanınan X hesabında Fars dilində yazıb ki, atəşkəs və Qəzzəyə kütləvi humanitar yardımın çatdırılması və iki tərəf arasında məhbus mübadiləsinə dair razılaşmanın davam etdirilməsindən başqa həll yolu yoxdur!.
O, əlavə edib: "Əsirlər müharibə yolu ilə azad edilmir, onlar bombardmanlarda öldürülür, Vaşinqton-Təl-Əviv müharibəsinin davam etdirilməsi Qəzzə və İordan çayının qərb sahilində yeni soyqırım deməkdir. Görünür, sionist rejim və ABŞ müharibəyə qayıtmağın ağır nəticələri barədə düşünmürlər".
İranın yüksək səviyyəli diplomatı bir daha vurğulayıb ki, hərbi gəminin mövcudluğu həlledici deyil, "Fələstinin iradəsi"nin mövcudluğu həlledicidir. Çox gec olmadan Qəzzəyə hücumları dərhal dayandırın.