İranda insanların kosmosa göndərilməsi üçün yol xəritəsi reallaşmaq üzrədir
Yeni biokapsul kosmosa uğurla buraxılıb
Dek 07, 2023 08:18 Asia/Baku
İran Yer atmosferindən kənara yeni biokapsulu uğurla buraxıb.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, 500 kq ağırlığında yeni biokapsul "Salman" daşıyıcı raketindən istifadə etməklə 130 km yüksəklikdə buraxılıb. Bu kapsul insanların kosmosa göndərilməsi üçün yol xəritəsinin icrası çərçivəsində hazırlanıb.
Layihə İran Müdafiə Nazirliyinin tabeliyində olan Aerokosmik Sənaye Təşkilatı (AST) tərəfindən həyata keçirilib.