Nasir Kənani:
BMT təhlükəsizlik şurasi dalana dirənib
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyibdir ki, Təhlükəsizlik Şurası hərbi cinayətin qarşısının alınması və sülhün qorunması üzrə vəzifəsini yerinə yetirə bilmir və dalana dirənib.
Nasir Kənani İran Xarici İşlər Nazirliyinin həftəlik brifinqində sonra deyib: Qəzzəyə qarşı vəhşicəsinə hücumun 67-ci günündə indiyədək on yeddi min 997 nəfər şəhid olub. 7 min 775 uşaq və 7 min 767 nəfər itkin düşüb və ya uçqun altında qalıb. Doqquz min nəfərdən çox insan da yaralanıbdır ki, bu da sionist rejimin dəhşətli cinayətinin nəticəsidir.
O, əlavə edib: Baş katibin şücaətli addımına görə təşəkkür edirəm ki, sülhü qorumaq üçün 99 nizamnamə tətbiq etməklə Təhlükəsiz Şurasının diqqətini Qəzzə faciələrinə cəlb edib. Təəssüflər olsun ki, dünya ictimaiyyətinin Qəzzəyə qarşı bu vəhşicəsinə hücumun durdurulması üzrə tələbinin rədd olunması və Təhlükəsiz Şurasının qətnaməsinə veto qoyulmasında Amerikanın təəssüf doğuran gimnastik hərəkətinin şahidi olduq. Amerika hökuməti bir daha Fələstin xalqına qarşı cinayətdə hərtərəfli iştirak edib, müqavimət göstərdi. Biz bu məsələ ilə bağlı mövqeyimizi elan etdik və Amerikanın hərəkətini pislədik.
Kənani əlavə edib: Amerika göstərdi ki, məsələnin həlli üzrə deyil, cinayət üzrə tərəfdir. Amerika təklikdə dünya ictimaiyyətinin qarşısında dayanıb. O, göstərdi ki, sionist rejimin kənarında durmaqda təklikdən çəkinmir. Özünün bu səsi ilə nəinki atəşkəs qətnaməsinə qarşı çıxdı, həm də sionist rejimin varvarlığının davam etməsinin lehinə səs verdi. Və təklikdə nəinki BMT baş katibinin, həm də onun nümayəndəsinin, bütün dünya ictimaiyyətinin və ümumi fikrin qarşısında dayanıbdır ki, bu da təəssüf doğurur.
Kənani sonra söyləyib: Təhlükəsizlik Şurasına gəlincə isə, bu şura hərbi cinayətin qarşısının alınması və sülhün qorunması üzrə vəzifəsini yerinə yetirə bilmir və dalana dirənib.
Amerika dövlətinin vetosu göstərir ki, BMT dalana dirənib və öz məsuliyyətini yerinə yetirə bilmir. BMT baş katibi də dedi ki, Təhlükəsizlik Şurası cinayətə son qoymaqda acizdir.
Kənani vurğulayıb: Təhlükəsizlik Şurasının mexanizminin dəyişdirilməsi məsələsi illərdir ki, ortaya qoyulur. Müxtəlif iclaslar keçirilib. İran da məşvərətlərin bir tərəfidir. İdeyalar da irəli sürülüb.
Kənani söyləyib: Son dalan göstərdi ki, Təhlükəsizlik Şurasının vəziyyəti nigaranedicidir. Şura həssas mövqelərdə vəzifəsini yerinə yetirə bilmir və bəzi güclər öz mövqelərindən sui-istifadə etməklə, bu vəzifənin yerinə yetirilməsini əngəlləyirlər. İran bu şuranın öz məsuliyyətini yerinə yetirilməsini istəyir