İran dövlətinin qərarı ilə, 32 ölkə ilə viza rejimi ləğv edilib
İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri deyibdir ki, bu nazirliyin otuz iki ölkə ilə viza rejiminin ləğvinə dair təklifi nazirlər kabinetində qəbul edilib.
İzzətullah Zərqami bu gün İran nazirlər kabineti iclasının kənarında müxbirlərə söyləyib: İran İslam Respublikası göstərdi ki, qapıları dünya xalqlarının üzünə açmağa hazırdır. İran dünya xalqlarının asanlıqla ölkəmizə gələ və onun məziyyətlərindən istifadə edə bilmələrinə daha çox imkan yaratmağa hazırdır. Bu, həm də bu gün imperializm sisteminin hiylələrindən olan İranofobiya, İrana qarşı mənfi təbliğat və şayiələrdən bir çoxunun
zərərsizləşdirilməsinə gətirib çıxaracaq.
İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri sonra söyləyib: Dekabr-yanvar aylarında Pekində «Parsın əzəməti» sərgisi keçiriləcək və Dəmir dövründən tutmuş Səfəvilər dövrünədək olan eranı əhatə edən on bir çox dəyərli tarixi eksponatın ölkədən çıxarılması barədə lisenziya tam mühafizə şəraiti ilə verilib.