Ceyşülzülm Rask polis postuna qarşı terror hücumunda məsuliyyət daşıyır
Ceyşülzülm terror qruplaşması İranın cənub-şərqində yerləşən Rask-dakı polis qərargahına qarşı terror hücumunun məsuliyyətini qəbul edib.
Dünən axşam terrorçular sözügedən terror aktını törədiblər.
İranın Sistan və Bəluçestan valisinin təhlükəsizlik və nizam-intizam məsələləri üzrə müavini deyibdir ki, sözügedən terror aktında on iki nəfər şəhid olub.
İslam İnqilabının qələbəsindən sonra İran İslam Respublikası ilə mübarizə və onu devirmək üçün Amerika, sionist rejim və onların regional müttəfiqləri tərəfindən müxtəlif mənfi fəaliyyətlər göstərilib.
Son illər ərzində də Amerikanın sanksiyalar üzrə maksimum təzyiqinin uğursuz qalması ilə, İrana qarşı təhlükəsizlik üzrə maksimum təzyiq formalaşıb. Bu hərəkətlərdə İsrail rejimi, Amerika və İngiltərə arasında geniş həmkarlıqlar mövcuddur