İran İsveç məhkəməsinin Həmid Nuriyə qarşı qəddar hökmü pislədi
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani İran vətəndaşı Həmid Nuri ilə bağlı ilkin və apellyasiya məhkəmələrinin qərarını kökündən qəbuledilməz hesab edildiyini və bunun qəti şəkildə pislənildiyini deyib.
Nasir Kənani çərşənbə axşamı verdiyi açıqlamada deyib: “Təəssüflər olsun ki, İsveç məhkəməsi ədalətli mühakimə yolunu nəzərə almadan belə bir təxribatçı hökm çıxarıb.
O, daha sonra bidirib ki, “İsveç məhkəmə sistemi uzun illər İran, İraq və hətta Avropada ən iyrənc və insanlığı hədəfə alan terrorçu qrupların himayəsində durmaqla qədim tarixi köklərə bağlı olan iki ölkə arasındakı əlaqələri sual altına alır və bununla da ölkəsini maraqlarına xələl gətirmiş olur”
“İran İslam Respublikası təbii haqqı olaraq öz vətəndaşlarının hüquqlarının müdafiəsi yolunda sözü gedən vətəndaşın haqsız qərarların mühakiməsindən azad etmək üçün bütün hüquqi imkanlardan istifadə edir və vətəndaşlarının hüquqları tam yerinə yetirilənə qədər öz səylərini əsirgəməyəcəkdir”-deyən Nasir Kənani sözünün davamında vurğulayıb.
Qeyd edək ki, İran vətəndaşı Həmid Nuri 2019-cu il noyabrın 9-da İsveçə gələrkən ölkənin təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülmüş və hazırda həbsdədir.
Xatırladaq ki, Nuri İsveç prokurorluğu tərəfindən 34 il əvvəl İranda baş vermiş hadisələrlə bağlı iddia edilən hadisələrdə əli olmaqda ittiham edilmişdir.
Beləliklə, çərşənbə axşamı İsveç Apellyasiya Məhkəməsi Stokholm Regional Məhkəməsinin İranlı Həmid Nurinin "beynəlxalq hüququn pozulması və qətl" ittihamı ilə ömürlük həbs cəzası hökmünü təsdiqləyib.