SEPAH gəmiləri süni intellektlə təchiz edilir
https://azeri.sahartv.ir/news/İran-i406716-sepah_gəmiləri_süni_intellektlə_təchiz_edilir
İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tənqsiri bildirib ki, SEPAH gəmiləri süni intellekt və uzaqdan idarə oluna bilən yüksək mənzilli raketlərlə təchiz edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2023 16:50 Asia/Baku
  • SEPAH gəmiləri süni intellektlə təchiz edilir

İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tənqsiri bildirib ki, SEPAH gəmiləri süni intellekt və uzaqdan idarə oluna bilən yüksək mənzilli raketlərlə təchiz edilib.

General Təngsiri açıqlamasında bildirib ki, bu gəmilərin SEPAH Hərbi Dəniz Qüvvələrində iranlı mütəxəssislər tərəfindən hazırlanması ölkənin hərbi və milli qüdrətindən xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı “Şəhid Səyyad Şirazi və Şəhid Həsən Baqiri” kimi “Hacı Qasim” sinifli gəmilərin istifadəyə verildiyini və bundan əlavə "Əbu Mehdi Əl-Mühəndis" gəmisi və "Şəhid Rəis Əli Delvari" gəmisinin də tezliklə SEPAH-ın dəniz donanmasına qoşulacağından xəbər verib.