İran prezidenti Yeni Milad ilini təbrik edib
İran İslam Respublikası prezidenti ayrı-ayrı məktublarda yeni xristian ilinin başlanması münasibətiləxristian ölkələrinin liderləri və xalqlarını təbrik edib və bütün dünya xalqlarına cansağlığı və dincliklə dolu bir il arzulayıb.
Prezident Rəisi təbrik məktublarında yazıb: "Bu gün bəşər cəmiyyətinin üzləşdiyi ən mühüm böhranlardan biri sionist rejim tərəfindən Qəzzə zolağında günahsız insanların qırğın edilməsidir".
İran prezidenti ümidvar olduğunu bildirib ki, 2024-cü Milad ili ərəfəsində və dünya liderlərinin birgə səyləri fonunda bəşəriyyətə qarşı bu cinayətlərin dayandırılması, zülmün və hegemonluq meyllərinin kökünün kəsilməsi və bütün dünyada davamlı sülh və təhlükəsizliyin bərqərar olması üçün beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlər görüləcək.
Bu gün bazar ertəsi, yanvarın 1-i, 2024-cü Milad ilinin başlanğıcıdır.
İsa Məsih Qurani-Kərimin müxtəlif ayələrində böyük hörmətə malik olan böyük ilahi peyğəmbərlərdən biridir.