Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mövlud günü mübarək!
Bu gün, cəmadiussani ayının 20-si, İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludunun ildönümü günüdür.
İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı Həzrət Fatimeyi-Zəhra(s.ə.) hicrətdən qabaq səkkizinci il cəmadiussani ayının 20-də dünyaya gəlib.
Bu əziz xanım uşaqlıqdan vəhy evində öz atası, İslamın əziz Peyğəmbəri(s.ə.s)-in istiqamətləndirmələri ilə fəzilət, elm və kamalın ən yüksək dərəcələrinə nail olubdur.
Həzrət Muhəmməd(s.ə.s)-in əziz qızı həmçinin dünya şiələrinin birinci imamı İmam Əli(ə)-ın səmimi və səfalı ocağında həyat yoldaşı və ana vəzifələrini ən yaxşı tərzdə yerinə yetirərək, İmam Həsən(ə), İmam Husəyn(ə) və Həzrət Zeynəb(s.ə.) kimi böyük və təvazökar insanlar böyüdübdür.
Həzrət Zəhra(s.ə.) bütün cəhətlərdə dünya qadınlarının meyarı sayılır və o həzrətin mövlud günü İranda ana və qadın günü adlandırılıbdır.
İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludunun ildönümü günü münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərini təbrik edir.