Aliməqam rəhbər və hakimiyyət strukturlarının başçılarının müraciətləri
https://azeri.sahartv.ir/news/İran-i407214-aliməqam_rəhbər_və_hakimiyyət_strukturlarının_başçılarının_müraciətləri
Dünən Şəhid General Qasim Süleymanının şəhadətinin 4-cü ildönümü ilə eyni zamanda müqavimət sərkərdəsinin dəfn olunduğu Kirman şəhərinin şəhidlər məzarlığında törədilən terror hadisələrindən sonra İslam İnqilabının Aliməqam Rəhbəri, 3 əsas hakimiyyət strukturunun başçıları bu cinayətkar terror aktını pisləyən bəyanatlar yayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2024 10:11 Asia/Baku
  • Aliməqam rəhbər və hakimiyyət strukturlarının başçılarının müraciətləri

Dünən Şəhid General Qasim Süleymanının şəhadətinin 4-cü ildönümü ilə eyni zamanda müqavimət sərkərdəsinin dəfn olunduğu Kirman şəhərinin şəhidlər məzarlığında törədilən terror hadisələrindən sonra İslam İnqilabının Aliməqam Rəhbəri, 3 əsas hakimiyyət strukturunun başçıları bu cinayətkar terror aktını pisləyən bəyanatlar yayıblar.

İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin çoxlu sayda insanın şəhadəti və yaralanması ilə nəticələnən Kermandakı terror aktı ilə bağlı müraciətində deyilir:

 “ İran xalqının şər və cinayətkar düşmənləri bir daha faciə törətdilər və Kermanda şəhidlərin ətirli məzarı mühitində əziz xalqın böyük bir toplusunu şəhid etdilər.

İran xalqı matəmli oldu və bir çox ailə öz əzizləri və cigərparələrinin yasında kədərə büründü. Daş ürəkli cinayətkarlar xalqın öz böyük sərkərdəsi şəhid Qasim Süleymaninin məzarını ziyarət sevgisi və şövqunə dözə bilmədilər. Bilsinlər ki, Süleymaninin parlaq yolunun əsgərləri də onların rəzalət və cinayətlərinə dözməyəcəklər. İstər günahsız insanların qanına bulanan, istər onları sapdıran fasid və şər beyinlər elə indidən ədalətli cəzanın qəti hədəfindədir. Bilsinlər ki, Allahın izni ilə bu faciənin çətin cavabı olacaq.”

İran İslam Respublikası prezidenti də bir müraciətdə dünən baş vermiş terror aktında həmvətənlərdən bir qrupunun şəhid olması münasibətilə başsağlığı verib. O, rəsmi şəxslərə , zərərçəkənlərin dərdini yüngülləşdirmək, yaralıların müalicəsi və Kirman şəhərində asayişin bərpası üçün lazımi və təcili tədbirlər görmələri üçün tapşırıqlar verib.

Seyid İbrahim Rəisi Kirmanın şəhidlər gülüstanında törədilmiş terror cinayətini kəskin tərzdə pisləyib. O, Sepah-ın Qüds qüvvələrinin ölməz komandanı şəhid general-leytenant Qasım Süleymaninin anım mərasimi ilə bir zamanda törədilən bu hərəkəti qaranlıq və terror ünsürləri və İranın düşmənlərinin cinayəti adlandırıb. O, məsul şəxslərə bu kor-koranə və qorxaqcasına əməlin göstəriş verənləri və icra edənlərinin tez bir zamanda təqib olunub, üzə çıxarılmalarını tapşırıb.

İranın Məhkəmə Hakimiyyətinin sədri Qulamhüseyn Möhsüni Ejei də Kermanda törədilən terrorçu partlayışlarda şəhid olanların ailələrinə başsağlığı verib. Möhsüni Egei bu cinayətkar terror aktının bir daha islami İran xalqının düşmənlərinin xəbisliyi və rəhimsizliyini nümayiş etdirdiyini bildirib.

İranın İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf da Kermanda törədilən terror hadisəsi ilə bağlı müraciətində bu kimi rəzl hərəkətlərin İran xalqının inqilaba sadiqliyinə görə ondan intiqam xarakteri daşıdığını bildirib. Qalibaf bu kimi mənfur cinayətlərin xalqın iradəsinə heç bir xələl gətirə bilməyəcəyini vurğulayıb.

İranın İslami Şura Məclisindəki millət vəkilləri də Kermanda törədilən terror aktlarını kəskin pisləyərək, bunu İran xalqının düşmənlərinin rəzlliyi və məğlubiyyətinin göstəricisi hesab ediblər.

 

İranın müxtəlif vilayətlərində tanınmış siyasi-ictimai və mədəni xadimlər də Kermanda törədilən terror aktını pisləyən və şəhidlərin ailələrinin kədərini bölüşən müraciətlər ediblər.

Onlarla sənət adamı, məşhur kino rejissorları və aktyorlar sosial şəbəkələrdəki hesabları üzərindən günahsız onsanları şəhid edəndlərin çirkin əməllərini qınayıblar.

İranın idman sahəsində də məşhurları Kermanda terror hadisəsində əzizlərini itirən vətəndaşlarla həmrəylik elan ediblər.

Futbol əfsanəsi Əli Dayi İnstaqram səhifəsində bir paylaşım edərək Kermanda törədilmiş cinayətə münasibət bildirib, Kermanlılara başsağlığı verib.

Paytaxt Tehran başda olmaqla İranın bir neçə şəhərlərində əhali meydanlara toplaşaraq Kermandakı terrorlara kəskin etirazlarını bildiriblər. Tehrandakı aksiya Fələstin meydanında keçirilib.

Təqlid mərcələri o cümlədən Ayətullah Nuri Həmədani eləcə də sünni alimlər də Kerman partlayışarını qınayan bəyanatlar veriblər.

Yanvarın 3-cündə yerli vaxtla saat 14:45 dəqiqədə İranın Kerman şəhərinin şəhidlər məzarı kompleksində şəhid General Qasim Süleymaninin zəvvarlarının hərəkəti yolunda törədilən 2 terrorçu partlayış nəticəsində ən son məlumata görə 103 nəfər şəhid olub, 141 nəfər isə yaralanıb.