Beynəlxalq təşkilat bütün dövlətləri İranla əməkdaşlığa çağırıb
https://azeri.sahartv.ir/news/İran-i407249-beynəlxalq_təşkilat_bütün_dövlətləri_İranla_əməkdaşlığa_çağırıb
BMT Təhlükəsizlik Şurası İranın Kirman şəhərində törədilən terror aktını pisləyib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Yan 05, 2024 09:36 Asia/Baku
  • Beynəlxalq təşkilat bütün dövlətləri İranla əməkdaşlığa çağırıb

BMT Təhlükəsizlik Şurası İranın Kirman şəhərində törədilən terror aktını pisləyib.

Təhlükəsizlik Şurasının press-relizində deyilir: “BMT Təhlükəsizlik Şurası İranın Kirman şəhərində törədilən terror aktını qətiyyətlə pisləyir və bu qınaq doğuran terror aktlarının icraçılarının, təşkilatçılarının, maliyyəçilərinin və sponsorlarının məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayır”.

Bəyanatda deyilir: “Təhlükəsizlik Şurasının üzvləri yanvarın 3-də İran İslam Respublikasının Kirman şəhərində törədilmiş qorxaq terror aktını qəti şəkildə pisləyir, Təhlükəsizlik Şurasının üzvləri terrorizmin bütün forma və təzahürlərində beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən birini təşkil etdiyini bir daha təsdiq edirlər”.

Təhlükəsizlik Şurasının üzvləri həmçinin bütün dövlətləri beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən irəli gələn öhdəliklərinə uyğun olaraq, İran İslam Respublikası hökuməti, eləcə də bütün digər aidiyyəti orqanlarla bu məsələdə fəal əməkdaşlıq etməyə çağırıblar.

Təhlükəsizlik Şurasının üzvləri bir daha bəyan ediblər ki, istənilən terror aktı cinayətdir.