İranla həmrəylik genişlənir
Dünya ölkələrinin parlament sədrləri Kirmanda törədilən terror aktını pisləyiblər
Qətər, BƏƏ, Oman, Suriya, Türkiyə və Tunis parlamentlərinin sədrləri İran İslam Şursıa Məclisinin sədrinə ayrı-ayrılıqda zəng edərək, Kirmanda dünən baş vermiş terror aktı ilə bağlı başsağlığı veriblər və bu aktı pisləyiblər.
İRNA-nın verdiyi məlumata görə, cümə axşamı Məhəmməd Baqir Qalibafın Qətər, BƏƏ, Oman, Suriya, Türkiyə və Tunis parlamentlərinin sədrləri ilə ayrı-ayrılıqda telefon danışığı olub. Bu altı ölkənin parlament sədrləri ayrı-ayrılıqda Kirmandakı terror hadisəsi ilə bağlı başsağlığı veriblər və Qalibaf onların həmdərdlik ifadələrini yüksək qiymətləndirib.
İslam Şurası Məclisinin sədri bu terror aktı ilə bağlı deyib: “Aliməqamlı Rəhbərin bəyan etdiyi kimi terrorçular belə bir faciə törətdiklərinə görə İran İslam Respublikasından sərt cavab alacaqlar.”
Qətər, BƏƏ, Oman, Suriya, Türkiyə və Tunis parlamentlərinin sədrləri də bu telefon danışıqlarında İran İslam Respublikasının Fələstin məsələsini dəstəkləməkdə tutduğu müdrik və ciddi mövqeləri yüksək qiymətləndiriblər.