İranın Cənubi Qafqazdakı tranzit dəhlizləri ilə bağlı aydın mövqeləri var
Kənani: Ölkələrin ərazi bütövlüyü və milli suverenliyi pozulmamalıdır
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bəyan edib ki, İranın Cənubi Qafqazdakı vəziyyət və tranzit dəhlizləri ilə bağlı aydın mövqeyi var.
O, deyib: “Biz region ölkələrində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün böyük səylər göstəririk. Biz vurğulayırıq ki, tranzit əməkdaşlığının inkişafı geosiyasi dəyişikliklərə və ölkələrin ərazi bütövlüyünün və milli suverenliyinin pozulmasına əsas ola bilməz”.
Qeyd edək ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu dünən 2029-cu ilə qədər “Zangəzur dəhlizi” layihəsini həyata keçirməyi gözlədiklərini açıqlayıb.
“Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumiyyətlə, bu dəhlizin yaradılması prosesi beş il çəkəcək. 2028-ci ildə biz bütün işləri yekunlaşdıracağıq”, – deyə o bildirib.