İran Dəniz Qüvvələri Amerikanın oğurladığı neft tankerini ələ keçirdi
https://azeri.sahartv.ir/news/İran-i407425-İran_dəniz_qüvvələri_amerikanın_oğurladığı_neft_tankerini_ələ_keçirdi
İran Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayaraq bildirib:
(last modified 2024-04-14T09:20:47+00:00 )
Yan 11, 2024 15:36 Asia/Baku
  • İran Dəniz Qüvvələri Amerikanın oğurladığı neft tankerini ələ keçirdi

İran Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayaraq bildirib:

"Keçən ilin may ayında "Suez Rajan" gəmisinin qaydaları pozması nəticəsində və eləcə də İran neftinin ABŞ tərəfindən oğurlanmasına cavab olaraq bu gün (11 yanvar) səhər saatlarında "Nicholas ST" adlı neft tankeri ələ keçirilib.Qeyd edək ki, keçən il İran İslam Respublikasına məxsus nefti daşıyan tanker ABŞ tərəfindən oğurlanmış və mənimsənilmişdir.Adı " Nicholas ST" olaraq dəyişdirilən həmin oğurlanmış neft tankeri Oman dənizində neft daşımaları həyata keçirdiyi vaxt bu gün səhər İran İslam Respublikası Ordusunun Strateji Dəniz Qüvvələri tərəfindən ələ keçirilib.Açıqlamada bu tankerin ələ keçirilməsi qərarı İran məhkəməsinin və eləcə də İran Limanlar və Gəmiçilik Təşkilatı tərəfindən verildiyi bildirilir.Həmçinin açıqlamada İranın bu addımı Amerikanın neft oğurluğuna cavab olaraq atıldığı və hazırkı ələ keçirilmiş tankerin neftinin İran Ədliyyə orqanlarına təhvil verilməsi üçün ölkə limanlarından birinə gətirildiyi bildirib.