İrəvani: Ənsarullah Hərəkatı lazımi gücə malikdir
https://azeri.sahartv.ir/news/İran-i407503-İrəvani_Ənsarullah_hərəkatı_lazımi_gücə_malikdir
İran İslam Respublikasının BMT-dəki səfiri bəyan edib ki, Ənsarullah qüdrətlə öz xalqını müdafiə edir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Yan 14, 2024 13:33 Asia/Baku
  • İrəvani: Ənsarullah Hərəkatı lazımi gücə malikdir

İran İslam Respublikasının BMT-dəki səfiri bəyan edib ki, Ənsarullah qüdrətlə öz xalqını müdafiə edir.

Əmir Səid İrəvani İsrail rejiminin Amerikadakı lobbiçilik mexanizmləri ilə Amerika hökumətini birbaşa müharibəyə cəlb etdiyinə toxunaraq, “Newsweek” nəşri ilə müsahibəsində deyib: “Ənsarullah Hərəkatı öz xalqını və ölkəsini müdafiə etmək üçün lazımi gücə malikdir”.

Onun sözlərinə görə, İraq və Livanın müqaviməti öz hökumətlərinin bir hissəsidirsə və onların qərarları hökumətlərinin mülahizələrini nəzərə alırsa, Ənsarullah Yəmən xalqından ən yüksək dəstəyi alan milli suverenliyə malik müstəqil hökumətdir.