Yəmənin Ali Siyasi Şurasının rəhbəri ilə İran prezidenti arasında telefon danışığı olub
Rəisi: Yəmənə hücum ABŞ-ın təcavüzkar mahiyyətini ortaya qoydu
İran İslam Respublikasının prezidenti ABŞ-ın Yəmən xalqına qarşı hücumunu pisləyərək bildirib ki, belə bir hərəkət onun təcavüzkar və insan haqlarına zidd mahiyyətini ifşa etdi.
İRNA-nın məlumatına görə, Seyid Seyid İbrahim Rəisi Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşatın telefon zənginə cavab olaraq, bu ölkənin böyük xalqının məzlum Fələstin xalqına dəstək verməkdə göstərdiyi şücaəti yüksək qiymətləndirib və müxtəlif ölkələr üçün beynəlxalq gəmiçilik xətlərinin təhlükəsizliyini qorumaq siyasətini dəstəkləyib.
Prezident həmçinin sionist rejimin on minlərlə fələstinli mülki, qadın və uşaqlara qarşı törətdiyi cinayətləri soyqırım adlandırıb.
Cənab Rəisi Fələstin xalqını dəstəkləməyin İran İslam Respublikasının əsas mövqeyi olduğunu bildirib və vurğulayıb ki, sionistlərin zülmü Fələstin xalqının yekun qələbəsi ilə başa çatacaq.
Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat da bu telefon danışığında deyib: “Biz zalım sionist rejimlə qarşıdurmada və Qəzzənin məzlum xalqını dəstəkləmək üçün öz mövqelərimizdə sabityik və ümid edirik ki, İslam ümməti öz imkanlarından istifadə edəcək, sionistlər və onların havadarları tərəfindən törədilən qeyri-insani cinayətlərə düzgün qiymət verəcəkdir”.