Yəmənə qarşı müharibəni dayandırın!
Yəmənə qarşı müharibəni dərhal dayandırın! Amerika və İngiltərəyə ünvanlanan bu xəbərdarlığı İran xarici işlər naziri verib.
Bu gün Tehranda Hindistan xarici işlər naziri Subramanyam Cayşankarı qəbul edən İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında/ aparılmış məşvərətləri şərh edib.
Mətbuat konfransında İran İslam Respublikasının regionda gəmiçilik və dənizçilik təhlükəsizlyini var gücü ilə himayə etdiyini vurğulayan İran xarici işlər naziri Amerika və İngiltərəyə xəbərdarlıq edidir ki: Yəmənə qarşı müharibəni dərhal dayandırın!
Hüseyn Əmir-Abdullahiyan söyləyib: İran daim müharibənin genişləndirilməsindən çəkinməyə təkid edib və gəmiçilik və dənizçilik təhlükəsizlyinin təmin edilməsi İran tərəfindən vurğulanan bir haldır və bu məsələyə, Tehranla Yəmən milli qurtuluş hökuməti arasındakı dostcasına əlaqələrdə təkid edilibdir.
Əmir-Abdullahiyan əlavə edib: Səna başçıları əmin ediblər ki, dənizçilik təhlükəsizliyi yolunda heç bir xələl yaranmayacaq, lakin onların mövqeyi budur ki, Qəzzə zolağında soyqırımının davam edəcəyi zamanadək İsrail rejimi gəmilərinin və ya işğal olunmuş ərazilərdəki limanlara tərəf üzən gəmilərin hərəkətinə mane olacaqlar.
Amerika var gücü ilə İsrail rejiminin kənarında dayana, Qəzzə zolağında minlərlə mülkinin qırğın edilməsində paya malik ola, başqalarını isə təmkinli olmağa çağıra bilməz- deyən İran xarici işlər naziri əlavə edib: Sionist rejimin baş naziri Benyamin Netanyahu işğal olunmuş ərazilərdə müxtəlif məhkəmə işləri ilə üzləşir; onun tarixi sona çatıb. Belə bir halda, Ağ Ev Amerika xalqının maraqlarını bu aparteid rejiminə bağlayıb.
İran xarici siyasət aparatının başçısı Şimal-Cənub tranzit yolu və Çabahar limanının inkişaf etdirilməsi barədə isə belə söyləyib: Tehran və Yeni Dehli/ iki və çoxtərəfli həmkarlıqların genişləndirilməsi, həmçinin mövcud imkanlardan istifadə yolu ilə, iki xalq arasındakı əlaqələr və ticarətin genişləndirilməsinə təkid edirlər