İnqilabın Rəhbəri: “Rəcəb ayı mübarək aydır”
İnqilabın Rəhbəri: “Rəcəb ayı mübarək aydır”
Müəzzəm Rəhbər bu gün İran üzrə Cümə İmamlarının görüşündə buyurub: “Haqq və insaf üzündən demək lazımdır ki, Rəcəb ayı mübarək aydır.
Allahın rəhməti bu ay boyunca qəlbi Rəbbinin zikri ilə döyünsün deyə bəndələrin ixtiyarına verilib.Bu ayda insanın etdiyi ən layiqli əməl bağışlanma diləməkdir. Həqiqətən hamımız bağışlanma diləməliyik. Uca Allaha sığınmalıyıq.İlahi əfv Uca Allahın insana dünya və axirətdə bəxş etdiyi ən böyük nemətdir. Hətta ilahi övliyaların, Allah Peyğəmbərinin (s) belə bağışlanmağa ehtiyacı var. لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِن ذَنبِكَ وَمَا تَأَخَّرBu bağışlanma ona görədir ki, heç kəs Allaha itaət və ibadət haqqını yerinə yetirə bilməz. Heç kəs Rəbbin ibadət haqqını, Ona pərəstiş haqqını əsl layiq olduğu kimi yerinə yetirə bilməz. Nə qədər çalışsa belə bunu bacara bilməz.Bizə bağışlanma lazımdır. Hamımız əfv diləməliyik.”