Pakistan İranla gərginliyin bitdiyini elan etdi
Diplomatik əlaqələr bərpa olundu
Yan 20, 2024 11:07 Asia/Baku
Pakistan Milli Təhlükəsizlik Komitəsinin dünənki iclasından sonra, bu dövlət İran İslam Respublikası ilə diplomatik əlaqələrin tam bərpası və iki ölkənin səfirlərinin bir-birinin paytaxtlarına qayıtması ilə bağlı yekun qərar qəbul edib.
Bu məlumata əsasən, İslamabadda Pakistan müvəqqəti hökumətinin baş naziri Ənvar-ul-Haq Kakarın sədrliyi ilə Milli Təhlükəsizlik Komitəsinin fövqəladə iclası keçirilib.
Pakistan Milli Təhlükəsizlik Komitəsinin qərarına əsasən, bu ölkə İranla tam diplomatik münasibətləri bərpa edib və tezliklə İran və Pakistanın səfirləri bir-birinin paytaxtlarına göndəriləcək.