İran prezidenti Türkiyədə səfərdədir
https://azeri.sahartv.ir/news/İran-i407862-İran_prezidenti_türkiyədə_səfərdədir
İran prezidenti Türkiyəyə yola düşməzdən öncə deyib: İran dövlətinin hədəfi, İran-Türkiyə ticarət əlaqələri səviyyəsinin otuz milyard dollara yüksəldilməsidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2024 13:48 Asia/Baku
  • İran prezidenti Türkiyədə səfərdədir

İran prezidenti Türkiyəyə yola düşməzdən öncə deyib: İran dövlətinin hədəfi, İran-Türkiyə ticarət əlaqələri səviyyəsinin otuz milyard dollara yüksəldilməsidir.

Ayətullah Seyid İbrahim Rəisi bu gün Türkiyəyə yola düşməzdən öncə Tehranın Mehrabad hava limanının pavilyonunda söyləyib: Bu səfər Türkiyə prezidenti cənab Rəcəb Tayyıb Ərdoğanın dəvətilə həyata keçir. Səfərdə məqsəd, İran-Türkiyə birgə ali heyətinin təşkili, həmçinin xüsusən iqtisadi və ticari məsələlər sahəsində ikitərəfli əlaqələr barədə müzakirələrin aparılmasıdır.

Türkiyəni İran İslam Respublikasının mühüm ticari və iqtisadi ortağı, həmçinin qonşu və müsəlman ölkə adlandıran Ayətullah Rəisi belə bəyan edib: Bizim hədəfimiz, İran-Türkiyə ticarət əlaqələri səviyyəsinin otuz milyard dollara yüksəldilməsidir və iki ölkənin malik olduğu imkanlarla/ bu ədəd əlçatandır.

Bu səfərdə mühüm sənədlər imzalanacaqdır ki, bu da, ticari və iqtisadi əlaqələrin inkişaf etdirilməsi sahəsində iki ölkənin iradəsindən xəbər verir- deyə, İran prezidenti vurğulayıb.