İran-Nigeriya əlaqələrinin inkişafı yolunda heç bir maneə yoxdur
https://azeri.sahartv.ir/news/İran-i407880-İran_nigeriya_əlaqələrinin_inkişafı_yolunda_heç_bir_maneə_yoxdur
İran-Nigeriya əlaqələrinin inkişafı yolunda heç bir maneə yoxdur. Bunu, İran İslam Respublikası prezidenti bildirib. Qeyd edib ki, Tehran texniki-mühəndislik xidmətlərinin ixracı, mədən, sənaye və energetika sahələri xüsusiyyət təşkil etməklə, müxtəlif sektorlarda imkanlar mübadiləsinə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2024 12:37 Asia/Baku
  • İran-Nigeriya əlaqələrinin inkişafı yolunda heç bir maneə yoxdur

İran-Nigeriya əlaqələrinin inkişafı yolunda heç bir maneə yoxdur. Bunu, İran İslam Respublikası prezidenti bildirib. Qeyd edib ki, Tehran texniki-mühəndislik xidmətlərinin ixracı, mədən, sənaye və energetika sahələri xüsusiyyət təşkil etməklə, müxtəlif sektorlarda imkanlar mübadiləsinə hazırdır.

Seyid İbrahim Rəisi bu gün Nigeriyanın baş naziri Əli Lamin Zin-lə görüşdə Nigeriya xalqının istiqlal və azadsevərlik yolunda atdığı iri addımları yüksək qiymətləndirib.

Mütləq müsəlman Nigeriya xalqı bu cür əhval-ruhiyyə və malik olduqlarına söykənməklə olduqca aydın gələcəyə malik olacaq- deyə, İran prezidenti vurğulayıb.

ABŞ-ın və Qərb ölkələrinin təhlükəsizliyin yaradılması və insan hüquqları şüarları çətiri altında xalqların resursları və sərvətlərini qarət etmək üzrə qara keçmişlərinə işarə edən Rəisi deyib: Qəzzənin bugünkü vəziyyəti və bu bölgənin məzlum əhalisinin başına gələnlər həmin iddiaçı ölkələrin əsas mahiyyətini ifşa edir.

Nigeriyanın baş naziri Əli Lamin Zin də İran İslam Respublikasının regional və beynəlxalq tənliklərdəki rolu və yerinin önəminə təkid edib, ortaq dini əsaslar, istiqlalsevərlik və haqsevərliyi İran və Nigeriya xalqları arasındakı ortaq cəhətlərdən adlandırıb.