Kənani Səravan şəhərində baş verən silahlı hərəkəti qətiyyətlə pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səravan şəhərinin ətrafında baş verən silahlı hərəkəti qətiyyətlə pisləyib və deyib: "İran və Pakistan öz düşmənlərinin iki ölkənin qardaşlıq münasibətlərinə xələl gətirməsinə icazə verməyəcəklər".
"İRNA"nın məlumatına görə, Nasir Kənani şənbə günü səhər İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Səravan şəhərinin ətrafında ilkin məlumata görə, 9 Pakistan vətəndaşının ölümünə və daha üç nəfərin yaralanmasına səbəb olan silahlı insidenti kəskin şəkildə pisləyib və Pakistan hökuməti və həlak olanların ailələrinə başsağlığı verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra hadisə ilə bağlı İranın məhkəmə və kəşfiyyat orqanları tərəfindən təhqiqatın davam etdiyinə işarə edərək, əlavə edib: "İran və Pakistan düşmənlərin iki ölkə arasında qardaşlıq münasibətlərinə xələl gətirməsinə icazə verməyəcək".