Əmir Abdullahian: İran və Pakistan terrorla mübarizə sahəsində əməkdaşlığı genişləndirir
https://azeri.sahartv.ir/news/İran-i407946-Əmir_abdullahian_İran_və_pakistan_terrorla_mübarizə_sahəsində_əməkdaşlığı_genişləndirir
İranın xarici işlər naziri Tehran və İslamabad arasında terrorla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığın əldə olunduğunu açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2024 11:20 Asia/Baku
  • Əmir Abdullahian: İran və Pakistan terrorla mübarizə sahəsində əməkdaşlığı genişləndirir

İranın xarici işlər naziri Tehran və İslamabad arasında terrorla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığın əldə olunduğunu açıqlayıb.

İranın xarici işlər naziri bazar ertəsi axşam İslamabaddan Tehrana yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib: "Bu səfər zamanı Pakistanın yüksək səviyyəli rəsmiləri ilə çox mühüm və konstruktiv görüşlər keçirildi və iqtisadi, ticarət, turizm, enerji və digər sahələrdə əməkdaşlığın daha da sürətlə davam etdirilməsi barədə razılığa gəlindi".

Əmir Abdullahian əlavə edib: "İran və Pakistan hökumətləri razılaşıblar ki, müəyyən bir zaman cədvəlinə əsasən, iki qonşu ölkə arasında mövcud olan sərhəd keçid məntəqələrinə beş yeni sərhəd keçidi əlavə olunsun.

O, vurğulayıb ki, iki ölkənin təhlükəsiz sərhədləri ticarət, iqtisadi və turizm sərhədlərinə çevrilməlidir, çünki hər iki ölkə bu sərhədlərdə terrorçuluq və terror aktları üçün yer olmadığına inanır. 

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bazar ertəsi Pakistana bir günlük səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri, ordu komandanı və baş naziri ilə görüşdü.