Azərbaycan səfirliyinə hücum edən şəxsə tezliklə hökm oxunacaq
Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı müttəhimin hökmü yaxın günlərdə açıqlanacaq. Bunu İranın Ədliyyə və Məhkəmə Sisteminin beynəlxalq məsələlər üzrə müavini və Ali Şuranın katibi Kazım Qəribabadi deyib.
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın etməkdə təqsirləmdirilən şəxsin məhkəməsi 2024-cü il yanvarın 27-də onun və vəkillərinin iştirakı ilə keçirilib. Məhkəmədə Azərbaycan səfirliyinin bir neçə diplomatı da iştirak edib.
Məhkəmə iclası hücum edən şəxsə qarşı ittihamın oxunması ilə başlayıb. İrəli sürülmüş ittiham aktına əsasən, o, səfirliyin içərisində Azərbaycan vətəndaşını odlu silahla qətlə yetirməkdə, səfirliyin iki diplomatını yaralamaqda, bir ədəd Kalaşnikov avtomatı və bir ədəd tapança olmaqla qanunsuz silah almaqda, gəzdirməkdə və saxlamaqda, ictimai asayişi pozmaqda ittiham olunub.
Prokurorun nümayəndəsi tərəfindən ittiham aktı oxuduqdan, təqsirləndirilən şəxs və onun vəkilinin müdafiə çıxışından sonra məhkəmənin sədri hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.