Yan 30, 2024 15:45 Asia/Baku
  • Aliməqamlı Rəhbər: Hökumətin ən mühüm vəzifəsi iqtisadi fəallar üçün biznes mühitini yaxşılaşdırmaqdır

İslam İnqilabının Alıməqamlı Rəhbəri istehsalçılar və iqtisadi fəallarla görüşündə hökumətin ən mühüm vəzifəsinin biznes mühitinin yaxşılaşdırılması və oradakı maneələrin aradan qaldırılması olduğunu bildirib.

Çərşənbə axşamı səhər İslam İnqilabının Alıməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei yerli istehsal imkanları sərgisini ziyarət etdikdən bir gün sonra İmam Xomeyni (r.ə) adına Hüseyniyyədə bir qrup istehsalçı və iqtisadi fəalı qəbul edib.

Bu görüşdə İnqilab rəhbəri buyurub: "Dünən gördüyümüz sərgi çox həyəcanlı və seçilən bir sərgi idi. Düşünürəm ki, biz dünənki sərgini ölkənin elmi-texniki imkanların nümunəsi kimi təqdim edə bilərik.

O Həzrət əlavə edib: "İnsanların aydın şəkildə gördüyü fakt ondan ibarətdir ki, ölkəmizdə özəl istehsal sektoru müəssisələri ciddi tərəqqiyə nail olublar. Hökumətin ən mühüm vəzifəsi biznes mühitini yaxşılaşdırmaq və onun qarşısında duran maneələri aradan qaldırmaqdır.

Həzrət Ayətullahül-üzma Xamenei sanksiyalar və bəzi əvvəlki hökumətlərin hərəkətsizliyi kimi məhdudlaşdırıcı məsələlərə toxunaraq buyurub: "Bu maneələrə baxmayaraq, özəl sektorun göstərdiyi səylər və irəliləyişlər belə bir ümid yaradır ki, bu sektor İranı arzu olunan inkişafa çatdırmağa qadirdir.

Teqlər