Prezident Seyid İbrahim Rəisi İlham Əliyevi təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i408223-prezident_seyid_İbrahim_rəisi_İlham_Əliyevi_təbrik_edib
Təbrikdə cənab prezident bildirib:
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 08, 2024 07:26 Asia/Baku
  • Prezident Seyid İbrahim Rəisi İlham Əliyevi təbrik edib

Təbrikdə cənab prezident bildirib:

“Möhtərəm cənab Prezident.Azərbaycan Respublikasında prezident seçkisinin uğurla keçirilməsi və sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi təbriklərimi çatdırıram.İki qonşu və müsəlman ölkəsi olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası xalqları arasındakı qədim tarixi, dini və ortaq mədəni cəhətlər, dərin mənəvi bağlar, iki ölkənin müxtəlif sahələr üzrə birgə maraqları ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaqlar yaratmışdır. Əmin olduğumu bildirirəm ki, sizin yenidən prezidentliyi dövründə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq münasibətlərinin və əlaqələrin yüksələn xətlə inkişaf etməsinə şahid olacağıq.Allah-Taaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram"