İran Pakistanda ard-arda baş verən teraktları şiddətlə pislədi
Fev 08, 2024 19:14 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Pakistanda keçirilən parlament seçkiləri ərəfəsində ölkədə törədilmiş bir neçə terror aktlarını qətiyyətlə pisləyib.
Kənani terrorçuların Pakistandakı seçkilərin demokratik şəkildə keçirilməsinə mane yaratdığını və bununla da ölkədə xalqın təhlükəsizliyinin təhdid edildiyini bildirərək qeyd edib ki, İran İslam Respublikası demokratiyanı təhdid edəcək hər bir terrorla mübarizədə dost, qardaş, və qonşu Pakistanın yanındadır.