Fev 14, 2024 21:08 Asia/Baku
  • Dünyanın 44 ölkəsindən Quran qariləri İrana gəldi

İranın Vəqf və Xeyriyyə Təşkilatının Quran Mərkəzinin sədri 40-cı Beynəlxalq Qurani-Kərim yarışmasında 44 ölkədən Quran qarilərinin iştirak etdiyini bildirib.

Mərkəzin rəhbəri Həmid Məcidimehr qeyd edib ki, 40-cı Beynəlxalq Qurani-Kərim Yarışması sabah cümə axşamı günü Tehranda İslam Ölkələrinin Zirvə Salonunda başlayacaq. Bu yarışa dünyanın 5 qitəsindən, xüsusilə Avropa və qeyri-müsəlman ölkələrindən 99 qari iştirak edəcək.

Həmid Məcidimehr sionist rejimin Qəzzada törətdiyi cinayətlərə görə bu ilin xüsusi halda qeyd edildiyini bildirərək, “Bir kitab, bir millət, müqavimət kitabı” adlı şüarla yarışa start veriləcyini deyib.

Məcidimehr həmçinin bu müsabiqənin kənarında təxminən 150 il yaşı olan ən kiçik Qurani-Kərim təqdim ediləcəyini və Ginnesə yazılacağını qeyd edib.

 

Teqlər