İran prezidenti Qəzzədəki acınacaqlı vəziyyətdən danışdı
Rəisi: Bu, dünyaya hakim olan ədalətsiz quruluşun təzahürüdür
İran İslam Respublikasının prezidenti Qəzzədəki mövcud vəziyyəti dünyaya hakim kəsilmiş hazırkı ədalətsiz quruluşun təzahürü adlandırıb.
Seyid İbrahim Rəisi Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovla görüşündə deyib: “Qəzzədə davam edən soyqırım və bəşəriyyətə qarşı cinayətlər mövcud ədalətsiz quruluşu ədalətli nizamla əvəz etmək üçün birgə çalışmağı daha da zəruri edib.”
O, sonra İran və Rusiyanın, xüsusən də Tatarıstan Respublikasının müxtəlif iqtisadi, sənaye, elmi, biliyə əsaslanan fəaliyyətlər və turizm sahələrində əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, Avrasiya regionu ölkələri arasında iqtisadi sazişin həyata keçirilməsi üzrə qarşılıqlı imkanlarına toxunaraq, bunu ikitərəfli əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli sahə hesab edib.
Prezident əlavə deyib: “Təkqütblülüyə qarşı çıxmaq, müstəqilliyi qoruyub saxlamaq və müstəmləkəçilik qarşısında müqavimət İran və Rusiyanın ortaq yanaşmalarındandır və iki ölkə arasında daha sıx münasibətlər üçün əlverişli platforma hesab olunur.”