İran hipersəs və ballistik raketləri sınaqdan keçirdi
İsrail rejiminə məxsus şərti aviabaza hədəfə alındı
İran hipersəs və ballistik raketləri sınaqdan keçirərək İsrail rejiminə məxsus şərti aviabazanı vurub.
Bu məlumata əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusu - Sepah 700 km mənzilli Zülfüqar, 1400 km mənzilli Hacı Qasim, 1450 km mənzilli Xebərşekən hipersəs daşıyıcı raketi, 1750 km mənzilli İmad və 2 min km mənzilli Qədr ballistik raketləri ilə sınaqlar keçirib.
Vurulan şərti hədəflər arasında İsrailin F-35 qırıcılarının saxlanıldığı Palmaxim aviabazası olub.
Bu hədəfləri 1000 km-dən çox məsafədən 5 metr dəqiqliklə vurmaq mümkün müharibə vəziyyətində İsrailin strateji obyektlərini uzaq məsafədən dəqiqliklə məhv etmək şansının olduğunu göstərir.
Sionist rejimin baş naziri Benyamin Netanyahu bir müddət əvvəl həmin bazada olarkən İranı hücumla hədələmişdi.