İran regional və beynəlxalq tənliklərdə aparıcı rola malikdir
İran regional və beynəlxalq tənliklərdə aparıcı rola malikdir və düşmənlər İranı regional və qlobal tənliklərdən götürmək gücünə malik deyillər. Bunu, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı söyləyib.
General pasdar Hüseyn Salami İranın Buşehr vilayətində Sepah-ın İmam Sadiq(ə) adına quruculuq və mühəndislik layihələrinin icra əməliyyatının başlanması, həmçinin Şəhid Hacı Qasim Süleymani adına komandanlıq binasının açılış mərasimində deyib: Müxtəlif sanksiyaların tətbiqi, müdafiə və nüvə sənayesində təxribat, idrak müharibəsi və daxili fitnəkarlıqların törədilməsi, İran İslam Respublikası quruluşunun irəliləyişlərinə heç bir təsir göstərməyibdir.
O əlavə edib: İslam İranının düşmənləri təkfirçiləri genişləndirmək və himayə etmək,/ İran rəsmiləri və alimlərini terror etmək və digər nəhs hərəkətlərlə/ İran İslam inqilabının yüksək məqsədlərinin qarşısını almaq ardıncadırlar ki, indiyədək İslam İnqilabının Böyük Rəhbərinin dahiyanə göstərişləri ilə uğur qazana bilməyiblər.
General pasdar Salami sonra deyib: Ada və kəndlərin abadlaşdırılması,/ relslər, şose yolları, ötürmə xətləri, şəhərsalma, abadlıq və iqtisadi məsələlərdə inkişaf/ İslami İranın müxtəlif elmi və müdafiə nailiyyətlərini böyük zirvələri fəth etməyə çox yaxınlaşdırıbdır.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı deyib: İran İslam Respublikasının düşmənləri 45 ildir ki, öz sanksiyaları və nəhs hərəkətləri ilə xalqı inqilaba və onun məqsədlərinə məyus etməyə çalışırlar, amma vilayətmehvərli xalq öz həmrəyliyi və birliyi ilə 22 bəhmən yürüşündə milli qüdrət və birliyi dünya xalqlarına nümayiş etdirdi və İslam düşmənlərinə möhkəm zərbə endirdi.
General pasdar Salami Buşehr vilayətini tarixi baxımdan ölkənin çox iftixarlı və qəhrəmanlıq yaradan vilayətlərindən adlandırıb və belə deyib: 2015-ci ildə qanuns şəkildə ölkə sularına daxil olan amerikalı dəniz piyadalarının saxlanılmaları və həbs edilmələri Buşehr vilayətinin müqavimət tarixində qüdrətli və qəhrəmanlıq yaradan bir hərəkət sayılır.
İran İslam Respublikası iradə sahibidir və öz qüdrətilə düşmənlərin nəhs əməllərini zərərsizləşdirir- deyə, Sepah-ın baş komandanı vurğulayıb.