İran bölgədə əcnəbilərin olmasının əleyhinədir
https://azeri.sahartv.ir/news/İran-i408496-İran_bölgədə_əcnəbilərin_olmasının_əleyhinədir
İran əcnəbilərin problemlərin həlli bəhanəsi ilə bölgədə olmasının əleyhinədir. Bu barədə cümə axşamı İran prezidenti İbrahim Rəisi Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanı qəbul edərkən bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2024 11:50 Asia/Baku
  • İran bölgədə əcnəbilərin olmasının əleyhinədir

İran əcnəbilərin problemlərin həlli bəhanəsi ilə bölgədə olmasının əleyhinədir. Bu barədə cümə axşamı İran prezidenti İbrahim Rəisi Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanı qəbul edərkən bildirib.

“Yadların regional problemlərə müdaxiləsi nəinki heç bir həllə gətirib çıxarmır, həm də region dövlətləri və xalqları üçün daha böyük problemlər yaradır”,- İran prezidenti deyib.

Rəisi Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını alqışayıb və Qafqaz regionunun strateji təhlükəsizliyinə təminat verilməsi üçün İran İslam Respublikasının hazır olduğunu deyib eyni zamanda İranın bu sahədəki qırmızı xətlərini vurğulayıb.